Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ səfirliyi həbs edilən mitinqçilərin azadlığını istəyir

“Bizim mövqeyimiz hər kəsə bəllidir və çox istərdik ki, bütün aksiyalar dinc formada keçirilsin” 

“Biz Azərbaycan hakimiyyətinin ölkədə sərbəst toplaşma, media və söz azadlığı üçün müvafiq şərait yaratmasını istəyirik”. Bunu SalamNews-a açıqlamasında ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin bildirib.
ABŞ-ın bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da söz və sərbəst toplaşma azadlığına lazımı şərait yaradılmasına tərəfdar çıxdığını vurğulayan Kis Bin qeyd edib ki, ölkəsinin rəsmiləri bununla bağlı mütəmadi fikirlər səsləndirirlər.
O, Azərbaycanda mitinqlərə görə həbs edilənlərin azadlığa buraxılmasına da tərəfdar olduğunu söyləyib: “Bizim mövqeyimiz hər kəsə bəllidir və çox istərdik ki, bütün aksiyalar dinc formada keçirilsin”.

11 May, 2011  19:35 Baxılıb: 1092

Bu bölmədə