Simsar.az | bizi özünüzə Simsar bilin
Nazir qələbəyə inanır

"Ümidvaram ki, “Eurovision-2011” mahnı müsabiqəsində  yaxşı nəticə əldə edəcəyi"

Mədəniyyət və turizm naziri “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin qələbə çalacağına inanır. “Müsabiqədə Azərbaycan təmsilçilərindən ancaq qələbə gözləyirəm. Reallıq odur ki, müsabiqədə rəqabət çox güclüdür. Uşaqlar yarımfinal mərhələsində pis çıxış etmədilər. Ümidvaram ki, yaxşı nəticə əldə edəcəyik”, - Trend-in məlumatına görə, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib.

Düsseldorf səhnəsində Avropa ictimaiyyəti qarşısında “El&Nikki” səhnə adı ilə çıxış edən Azərbaycan təmsilçiləri mayın 14-də keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

11 May, 2011  18:59 Baxılıb: 1400

Bu bölmədə