Simsar.az | bizi özünüzə Simsar bilin
65 yaşın varsa, dayan!

Əmək Məcəlləsinə dəyişiklik  təklif olundu

Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə çalışanlar üçün son yaş həddi 65 yaş olacaq. Trend-in məlumatına görə, Əmək Məcəlləsinə bununla bağlı dəyişiklik təklif olunub.

Bu gün Milli Məclisin Sosial siyasət komitəsində Əmək Məcəlləsinə və "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihələri müzakirəyə çıxarılıb.

Layihələrdə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanlar üçün son yaş həddinin 65 yaş müəyyənləşdirilməsi nəzərdə tutulur.

Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə fəaliyyət müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər.

Təklif olunan dəyişikliyə əsasən, fəaliyyət müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

11 May, 2011  18:55 Baxılıb: 1145

Bu bölmədə