Simsar.az | bizi özünüzə Simsar bilin
Kəmaləddin Heydərovdan çağırış

Dənizin qadağan olunan yerlərində çimməyin

Azərbaycan fövqəladə hallar naziri çimərlik mövsümünün başlanması ilə əlaqədar əhaliyə müraciət edib. Trend-in məlumatına görə, bu gün jurnalistlərə açıqlamasında nazir Kəmaləddin Heydərov əhalini dənizin qadağan olunan yerlərində çimməməyə çağırıb.

Heydərov bildirib ki, 2005-ci ildən etibarən nazirlik tərəfindən fəaliyyətinə icazə verilmiş çimərliklərdə boğulma halı 95 faiz azalıb.

Onun sözlərinə görə, boğulma halları əsasən "çimmək qadağandır" nişanı olan yerlərdə qeydə alınır.

"Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidməti fəaliyyət göstərən yerlərdə boğulma halları demək olar ki, müşahidə olunmur", - nazir vurğulayıb.

11 May, 2011  18:49 Baxılıb: 1061

Bu bölmədə