Simsar.az | bizi özünüzə Simsar bilin
MÜXALİFƏT LİDERİ KƏMALƏDDİN HEYDƏROVU TƏRİFLƏDİ

Sərdar Cəlaloğlu: “Kəmaləddin Heydərov olmasaydı, Fövqəladə Hallar Nazirliyi yanğınsöndürmə qurumu səviyyəsindən yuxarı qalxmayacaqdı”

“Xalq hərəkatından sonrakı dövrdə də Kəmaləddin Heydərovun karyerasını diqqətlə izləsəniz görərsiniz o, Azərbaycan dövlətçiliyinin inkişafına uyğun şəkildə nadir şəxsiyyətlərdəndir ki, inkişaf edə-edə gedir. Bu baxımdan, Kəmaləddin Heydərovla hansısa təsadüfi təsərrüfat məmurunu bir tərəziyə qoysanız heç vaxt düzgün nəticə əldə edə bilməzsiniz”.
Bunu “Yeni Müsavat” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
ADP sədrinini sözlərinə görə, fövqəladə hallar naziri vəzifəsinə K.Heydərov təyin olunmasaydı, Fövqəladə Hallar Nazirliyi yanğınsöndürmə qurumu səviyyəsindən yuxarı qalxmayacaqdı: “Onun bacarığı rəhbərlik etdiyi strukturda öz təsirini göstərir.

Ramil

11 May, 2011  16:48 Baxılıb: 1284

Bu bölmədə