Simsar.az | bizi özünüzə Simsar bilin
Liviyada hərbi əməliyyatların ikinci mərhələsi

Qadın və uşaqların da orduya səfərbər olunması üçün tədbirlər görülür

Liviya lideri Müəmmər Qəddafi NATO-nun yerüstü əməliyyatlara başlamaq ehtimalını nəzərə alaraq ölkədə irimiqyaslı səfərbərlik elan edib. Simsar.az-ın məlumatına görə, bu barədə “Aş-Şark al-Ausat” qəzeti Liviyanın yüksək vəzifəli məmuruna istinadən xəbər yayıb. Məmur bildirib ki, Liviya hökuməti NATO-nun Liviyada yerüstü əməliyyata başlayacağını gözləyir və biz hadisələrin istənilən inkişaf ssenarisinə hazırıq. Bu tədbirlər çərçivəsində qadın və uşaqların da orduya səfərbər olunması üçün tədbirlər görülür”. 

Mənbə qeyd edib ki, NATO hava zərbələri ilə Qəddafini hakimiyyətdən getməyə məcbur edə bilməyib, bu isə alyans rəhbərliyini yerüstü əməliyyat aparmağa sövq edir: “Bizdə NATO-nun Liviyaya qarşı yerüstü əməliyyata başlamayacağına dair dəqiq məlumatlar var”.

Hərbi ekspertlərin hesablamalarına görə, Qəddafiəy bağlı silahlı birləşmələrin şəxsi heyəti 800 min nəfəri keçir. NATO-nun yerüstü əməliyyatı ərəfəsində Liviya rəhbərliyi əhaliyə silah paylamaqla bu rəqəmi artırmağa çalışır. Son vaxtlar Liviya telekanalları xüsusi hərbi düşərgələrdə qadınların təlim keçməsinə dair kadrlar yayımlamağa başlayıb.

10 May, 2011  22:39 Baxılıb: 1184

Bu bölmədə