Simsar.az | bizi özünüzə Simsar bilin
TÜRKİYƏNİN MÜXALİFƏT PARTİYASINA QARŞI KASET QALMAQALI

MHP-nin iki deputatlığa namizədi istafa Verdi 

Bəzi internet saytlarında yer alan görüntülərdən sonra Millətçi Hərəkat Partiyasından İstanbul 1. Region 2. sıravi millət vəkiliyinə namizəd olan Bülənt Didinməz həm partiyadakı vəzifəsindən, həm də deputatlığından istefa verib. MHP-nin İstanbul 3. Region 4. sıra namizədi İhsan Barutçu da deputatlığa namizədliyindən imtina edib. Məlumatı haberturk.com saytı yayıb.
Bir neçə gün öncə MHP-nin adı çəkilən namizədlərinin müxtəlif məkanlarda ayrı-ayrı vaxtlarda xanımla açıq-saçıq görüntüləri yayılıb.
MHP başqanı Dövlət Baxçalı partiya yetkililərinə qarşı kampaniyanın “nurçular”ın lideri hesab olunan Fətullah Gülən tərəfindən hazırlandığını deyib.
F.Gülən öz internet saytı herkul.org-da ittihama cavab verib: “İnsafsızca qaralamalar, böhtan və hücumlar qarşısında biz ancaq qanuni müdafiəyə müraciət edə bilərik. Yumruq sallamalarına qarşı yumruq silkələməyin. Biz onlara yalnız acıyır, amma onların uslubu ilə cavab vermrik”.

Aynurə Həsənova

10 May, 2011  22:31 Baxılıb: 1271

Bu bölmədə