Simsar.az | bizi özünüzə Simsar bilin
Müxalifətin bir qismi toplandı

Lalə Şövkət 3 partiyanı bir araya gətirdi

Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkətin və 3 müxalifət partiyasının sədrinin iştirakı ilə toplantı keçirilib. VİP mətbuat xidmətindən Simsar.az-ın verilən məlumata görə, mayın 9-da ALP lideri Lalə Şövkətin iştirakı ilə üç partiya sədrinin görüşü olub. Görüşdə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və ALP sədri Əvəz Temirxan iştirak edib. 
Ə. Əliyev APA-ya bildirib ki, bu görüş əlaqələrin yeni mərhələsidir: “Görüşün formatından da bəllidir ki, siyasi qurumların əməkdaşlığı üçün atılan yeni addımdır və müxalifətin inteqrasiyasına xidmət edir”.
Ə. Əliyev deyib ki, görüş və təmaslarla bağlı əlavə məlumatların verilməməsinə dair tərəflər arasında razılıq əldə edildiyindən toplantının təfərrüatları barədə açıqlama yayılmır.

10 May, 2011  21:55 Baxılıb: 1072

Bu bölmədə