Simsar.az | bizi özünüzə Simsar bilin
"Bəxtiyar Hacıyev 2 il azadlıqdan məhrum edilsin"

Vəkillər məhkəmə prosesini tərk etdi, dövlət ittihamçısı cəza istədi

Gəncə Şəhər Nizami Rayon Məhkəməsində keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

B. Hacıyevin vəkili Elçin Namazov APA-ya açıqlamasında bildirib ki, bu gün keçirilən prosesdə təqsirləndirilən şəxs tərəfindən vəsatət qaldırılıb, B. Hacıyevin çıxışının video lentə alınmasına icazə verilməsi və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi istənilib. Lakin məhkəmə vəsatətləri təmin etməyib. Təqsirləndirilən şəxsin vəkili və yaxınları buna etiraz olaraq məhkəmə zalını tərk ediblər.

Buna baxmayaraq proses davam etdirilib. Prosesdə çıxış edən dövlət ittihamçısı B. Hacıyevin 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Sabah B. Hacıyevə hökm oxunacaq.

Xatırladaq ki, bu il martın 4-də Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə B. Hacıyev barəsində bir aylıq həbs-qətimkan tədbiri seçilib. Onun haqqında Cinayət Məcəlləsinin 321.1 (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə yanvarın 24-də Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb.

10 May, 2011  21:51 Baxılıb: 1050

Bu bölmədə