Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident Kitabxanasında dəyişiklik

“Biblioqrafiya” fəslinə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş dissertasiyaların avtoreferatlarının biblioqrafiyası əlavə olunub

Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi üçün Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanası 4 il öncə elektron resurs hazırlayıb. Simsar.az-ın verdiyi məlumata görə, Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində Prezident Kitabxanası “Heydər Əliyev. Elektron sənədlər toplusu” adlı bu resursunu yeni materiallarla zənginləşdirərək istifadəçilərin ixtiyarına verib. 


Elektron resursun “Xronologiya” adlanan fəslindəki Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlə yanaşı, onun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrü və SSRİ Nazilər Soveti sədrinin birinci müavini işlədiyi müddəti özündə əks etdirən bölmələr xeyli dərəcədə zənginləşdirilib. Elektron resursun “Nitqləri, çıxışları, məruzələri, müsahibələri, bəyanatları” fəslinə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrdə etdiyi nitqlərindən, çıxışlarından, məruzələrindən və müsahibələrindən seçmə materiallar, həmçinin onun fəaliyyətinin 1990-1993-cü illər Naxçıvan dövrünü özündə əks etdirən müsahibələri, çıxışları, məruzələri, bəyanatları və müraciətləri ayrıca bölmələr şəkilində əlavə edilib.


Elektron resurs Heydər Əliyev haqqında son dövrdə müxtəlif dillərdə çap olunan kitabların elektron versiyaları ilə də zənginləşdirilib. Kitabxananın fonduna daxil olan qəzet və jurnallarda Heydər Əliyev haqqında dərc edilən analitik və təhlili məqalələrin elektron versiyaları da yeni bölmə kimi resursa əlavə edilib. Resursun “Biblioqrafiya” fəslinə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş dissertasiyaların avtoreferatlarının biblioqrafiyası əlavə olunub.

Prezident Kitabxanasının “www.peslib.az” saytı da yeni dizaynda və yeni texniki parametrlərlə istifadəçilərə təqdim olunur. Yenilənmiş sayt informasiya texnologiyalarının son tələblərinə uyğun qurulub ki, bu da onun daha çevik və sürətli açılmasına imkan verir. Yenidən qurulan sayt bütün brauzerlərə görə nizamlanıb. Saytın ana səhifəsində Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin müxtəlif istiqamətlərini özündə əks etdirən elektron resurslara birbaşa keçid verilib. İstifadəçilər Prezident Kitabxanasının yeni saytında tarixi günlər haqqında məlumatlarla və mədəniyyət xəbərləri ilə də tanış ola biləcəklər.

10 May, 2011  21:29 Baxılıb: 1295

Bu bölmədə