Simsar.az | bizi özünüzə Simsar bilin
Bəşər Əsədin xanımı ərini atdı

 Əsma Əsəd Londondan geri qayıtmır 

Londonda 3 övladı ilə qalır

Hökumət əleyhinə aksiyaların davam etdiyi Suriyada prezident Bəşər Əsədin xanımı Əsma Əsədin övladları ilə birlikdə ölkəni tərk edərək Londona getdiyi barədə xəbər yayılıb.

Simsar.az-ın verdiyi məlumata görə, “Daily Mail” qəzeti Londondakı ərəb diplomatlara istinadən yazıb ki, Əsma Əsəd iki həftədir, Londondadır və Suriyaya dönmək istəmir. 

Qeyd edək ki, bundan əvvəl “Sunday Times” qəzeti Əsma Əsədin Suriyada hökumət əleyhinə keçirilən aksiyaların qan tökülməklə dağıdılmasına qarşı çıxdığını, Bəşər Əsədin hökumətdə olan mühafizəkar qohumları və dostları ilə mübahisə etdiyini yazmışdı. Əsma Əsədin 3 övladı ilə birlikdə hazırda Londonda, “Home Counties” məhəlləsində bir villada olduğu bildirilir. Evin xərcləri Bəşər Əsədin 45 milyard dollarlıq sərvətinin xaricə çıxarılan hissəsi ilə təmin olunur.


Qeyd edək ki, 35 yaşlı Əsma Əsəd Londonda suriyalı kardioloq bir ata və diplomat bir ananın ailəsində dünyaya göz açıb. İngiltərədə “Deutsche Bank”, “JP Morgan” kimi məşhur banklarda çalışıb və maliyyə sektorunda mütəxəssis kimi uğur qazanıb. O, 2000-ci ildə Bəşər sədlə evləndikdən sonra Suriyaya gedib.

10 May, 2011  21:29 Baxılıb: 1236

Bu bölmədə