PARLAMENT MÜXALİFƏTİ QÜDRƏT HƏSƏNQULİYEVİ MÜDAFİƏ ETMƏDİ
Sabir Rüstəmxanlı: “Şəxsən mən Rövnəq Abdullayevin fəaliyyətinin araşdırmamışam” İlyas İsmayılov: “Qüdrət Həsənquliyevin ittihamlarına görə biz yox, özü məsuliyyət daşıyır” O, ARDNŞ-nin müqavilə bağladığı Uqe-Lanser PTİ. LTD şirkətinin qondarma olduğunu bildirib: “Maraq üçün internetdə axtarış verdim, amma heç bir məlumat çıxmadı. Azərbaycanda əlinə bir dəfə mikrofon alan müğənninin də saytı var, amma bu boyda şirkətin yoxdur. Xahiş edərdim ki, jurnalistlər də bunu araşdırsın”. BAXCP sədri partiyanın mətbuat xidmətinə müsahibəsində isə R.Abdullayevə daha sərt ittiham irəli sürərərk, onu prezidenti müdafiə etməməkdə qınayıb: “Pənah Hüseyn Milli Məclisdə prezidentin istefası barədə danışanda mən onu haqsız saydığımdan kəskin tənqid etdim. Bu zaman Rövnəq Abdullayev sakitcə prosesləri seyr edirdi. Onun Pənah Hüseynlə eyni düşərgədə təmsil olunduğu heç kimə sirr olmayan insanlara etdiyi köməklər barədə də məlumatlıyam; amma bundan qətiyyən narahat deyiləm”. Q.Həsənquliyev parlament müxalifət qrupunun üzvüdür. Onun ittihamlarını parlamentdəki digər müxalifət deputatları bölüşürmü? Parlament müxalifət qrupunun digər üzvü, Ədalət Partiyasının sədri İlyas İsmayılov da Simsar.az-a deyib ki, R.Abdullayevin ünvanına səslənən ittihamlar Q.Həsənquliyevin şəxsi mövqeyidir: “Parlament müxalifət qrupu ARDNŞ-in fəaliyyətini araşdırmayıb. Ona görə də heç nə deyə bilmərəm. Qüdrət Həsənquliyevin ittihamlarına görə biz yox, özü məsuliyyət daşıyır”.
10 May, 2011 21:06 ⁄ Baxılıb: 1324
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |