Simsar.az | bizi özünüzə Simsar bilin
Mədət Quliyev Elçibəy hakimiyyətində 15 nəfərin güllələndiyini xatırlatdı

"Heydər Əliyevin ölüm hökmünə öz münasibətini bildirib"

Simsar.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmıtin rəisi Mədət Quliyev bildirib: “Azərbaycanda ölüm hökmünün qanunvericiliyə salınması ilə bağlı Milli Məclisdə, başqa yerlərdə müzakirələr aparıla bilər. Amma bu məsələnin yenidən qanuna salınması mümkün deyil. Azərbaycan dünyada adambaşına düşən cinayətlərin sayına görə, ən son yerlərdən birini tutur. Ölkədə cinayətkarlıqla mübarizə yüksək səviyyədə davam etdirilir”.

Azərbaycanda ölüm hökmünün sonuncu dəfə Xalq Cəbhəsi iqtidarı dövründə tətbiq olunduğunu, o zaman 15-ə yaxın şəxsin güllələndiyini deyən xidmət rəisi Heydər Əliyevin ölüm hökmünə öz münasibətini bildirdiyini də qeyd edib: “İnanmıram ki, hökm yenidən bərpa olunsun. Hazırda dünyanın bir sıra ölkələri öz qanunvericiliyindən ölüm hökmünün tətbiqini çıxarır”.

10 May, 2011  18:17 Baxılıb: 1162

Bu bölmədə