Simsar.az | bizi özünüzə Simsar bilin
FAİQ AĞAYEV ATV-yə QAYITDI

“Sənət aləmində umu-küsülər olur, əsas odur burdayam”

Uzun müddət idi ATV telekanalının efirində görünməyən xalq artisti Faiq Ağayev nəhayət tamaşaçıların intizarına son qoydu. Xalq artisti mayın 10-u, Gül bayramında ATV-nin “Bizim səhər” verilişinin qonağı olub. 

Telekanalla münasibətlərində həqiqətən anlaşılmazlıq yaşandığını etiraf edən F.Ağayev Gül bayramında yenidən ona doğma olan ATV efirinə qayıtmasından məmnunluq ifadə edib: “Sənət aləmində umu-küsülər olur. Əsas odur burdayam. Hər şey gözəldir. Xalqımızı və ATV kollektivini Gül bayramı münasibəti ilə təbrik edirəm. Bu gün Azərbaycanın ən gözəl günlərindən biridir. Belə bir gündə - ulu öndər Heydər Əliyevin doğum günündə ATV efirindən səsləndirdiyim mahnılarımla xalqımıza firəvanlıq arzulayıram”.

Anar

10 May, 2011  16:16 Baxılıb: 1512

Bu bölmədə