Simsar.az | bizi özünüzə Simsar bilin
Romada Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş konsert

Konsertdə azərbaycanlı sənətçilərdə olub 

Çərşənbə axşamı Romanın ən böyük konsert səhnəsi olan Santa Çeçilia Milli Musiqi Akademiyasının "Auditorium Parco della Musica" kompleksində Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümümə həsr edilmiş konsert təşkil edilmişdir. Bu barədə Simsar.az-a Azərbaycanın İtaliyadakı səfirliyində məlumat veriblər.

Konsertdə Azərbaycanın əməkdar artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva azərbaycanlı pianoçu Zülfiyyə Sadıqova və italyan pianoçu Paolo Saraçinonun müşayiəti ilə Azərbaycan və italyan opera musiqisindən əsərlər ifa edilib.

Konserti giriş sözü ilə açan Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov qonaqları salamlayaraq, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən söhbət açmış və onun bu il müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən müasir Azərbaycanın qurucusu olduğunu qeyd etmiş, Azərbaycanın öz müasir tarixində yaşadığı ən çətin dövrdə dövlət başçısı olaraq Heydər Əliyevin müdrik siyasətinin nəticəsi olaraq, bu gün Azərbaycanın Cənubi Qafqazda lider ölkəyə çevrildiyini vurğulanıb.

Daha sonra İtaliyanın musiqişünası və tanınmış opera ifaçısı xanım Bruna Balioni söz alaraq, Azərbaycanın musiqi mədəniyyətindən və konsertin proqramından danışıb.

Konsertdə İtaliyanın çoxsaylı mədəniyyət və incəsənət xadimləri, dövlət qurumlarının, diplomatik korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Konsertdə səslənmiş musiqi proqramı qonaqların böyük marağına səbəb olmuşdur.

10 May, 2011  15:25 Baxılıb: 1112

Bu bölmədə