Eldar və Nigar bu gün yarımfinalda
“Esprit Arena”da finala çıxmaq uğrunda mübarizə aparacaqlar Bu gün Azərbaycanın “Eurovision-2011” təmsilçiləri Eldar Qasımov və Nigar Camal “Esprit Arena”da finala çıxmaq uğrunda mübarizə aparacaqlar. Simsar.az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri Düsseldorf səhnəsində 18-ci səhnəyə çıxacaqlar. Təmsilçilərimiz isveçli müəlliflərə məxsus olan “Running Scared” mahnısı ilə Avropa ictimaiyyəti qarşısında çıxış edəcəklər. I yarımfinalda ümumilikdə 19 ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq. 19 ölkədən 10-u mayın 14-də keçiriləcək final mərhələsində iştirak hüququ qazanacaq. Azərbaycanla yanaşı, bu gün Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan təmsilçiləri də finala çıxmaq uğrunda yarışacaqlar. Səsvermə həm tamaşaçılar, həm də münsiflər tərəfindən aparılacaq. Eyni zamanda bu il daha bir yenilik səsvermənin teleqraf əsasında da keçirilməsi olacaq.
10 May, 2011 14:09 ⁄ Baxılıb: 1285
Bu bölmədə26 Aprel, 2024 Mahsun Kırmızıgül Bakıya gəlir22 Noyabr, 2022 Avroviziyada Türkiyə də səs verəcək21 Noyabr, 2022 Rəşad Dağlının ailəsindən müraciət21 Noyabr, 2022 Britni Spirs “Instagram” hesabını sildi1 Noyabr, 2021 Ləman: "Sənətimə qazanc mənbəyi kimi baxmıram..." |