Simsar.az | bizi özünüzə Simsar bilin
«Eurovision-2011» başlayır -SİYAHI

Müsabiqəyə 43 ölkə qatılacaq

Simsar.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  bu gün Almaniyanın Düsseldorfa şəhərində «Eurovision-2011» mahnı müsabiqəsinin açılış mərasimi keçiriləcək. Mərasimi ev sahibi şəhərin meri Dirk Elbers açacaq. Daha sonra yarışda iştirak edəcək 43 ölkənin nümayəndələri qırmızı xalı üzərinə çıxacaq.

Müsabiqənin ilk yarımfinalı mayın 10-da, ikincisi 12-də keçiriləcək. Final isə mayın 14-ü baş tutacaq. Bəzi hesablamalara görə, müsabiqənin təşkilinə 25 milyon avro xərclənib.

Yarışın birinci və ikinci yarımfinalında çıxış edəcək ölkələrin ardıcıllığını təqdim edirik.

İlk yarımfinal:

1. Polşa
2. Norveç
3. Albaniya
4. Ermənistan
5. Türkiyə
6. Serbiya
7. Rusiya
8. İsveçrə
9. Gürcüstan
10. Finlandiya
11. Malta
12. San-Marino
13. Xorvatiya
14. İslandiya
15. Macarıstan
16. Portuqaliya
17. Litva
18. Azərbaycan
19. Yunanıstan.

İkinci yarımfinal:

1. Bosniya və Herseqovina
2. Avstriya
3. Niderland
4. Belçika
5. Slovakiya
6. Ukrayna
7. Moldova
8. İsveç
9. Kipr
10. Bolqarıstan
11. Makedoniya
12. İsrail
13. Sloveniya
14. Rumıniya
15. Estoniya
16. Belarus
17. Latviya
18. Danimarka
19. İrlandiya.

7 May, 2011  19:45 Baxılıb: 1376

Bu bölmədə