Simsar.az | bizi özünüzə Simsar bilin
ƏRDOĞAN PƏRT VƏZİYYƏTƏ DÜŞDÜ

Bağçalının məmləkətində baş nazirə şüar dedilər: “Dövlətin başına Dövlət gələcək”

Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan, MHP sədri Dövlət Bağçalının məmləkəti və seçki bölgəsi olan Osmaniyədə mitinq keçirib. 

Baş naziri səhnəyə Alpaslan Türkeşin kiçik oğlu, İstanbuldan millət vəkiliyinə namizədi Kutalmış Türkeşlə birlikdə çıxıb . Ərdoğan danışdığı müddətdə, mühafizəçi polislərin həyacanlı olduqları Türkiyəli gurnalistlərin diqqətindən qaçmayıb.

Simsar.az-ın yazete.com saytına istinadən verdiyi məlumata görə, baş nazir Osmaniyəyə adanadan gəlib. Hər iki bölgədə təxminən ayrı-ayrılıqda təxminən1000 polis Ərdoğanı şəxsən qoruyub.

Osmaniyədəki Dövlət Bağçalı Bulvarından keçərkən, bir qrup MHP-çi ilə üz-üzə gələn Ərdoğan xoşagəlməz vəziyyətlə üzləşib. Təxminən 200 partiy üzvü baş nazirin gəlişinə əhəmiyyət verməyərək ayağa qalxmayıblar.

Ətrafdakı adamlara avtobusdan əl yelləyən Ərdoğanı MHP-çilərin Bozqurt işarəsi ilə qrşılaşıb. Və ardından şüar səsləndirilib: “Dövlətin başına Dövlət gələcək”.

Ətrafda sıx təhlükəsizlik tədbirləri həyata keçirən polislər MHP binası qarşısında hadisəni lentə alan jurnalistlərə sərt reaksiya göstəriblər: “Gedin mitinqi çəkin”.


Anar

7 May, 2011  18:43 Baxılıb: 1186

Bu bölmədə