Simsar.az | bizi özünüzə Simsar bilin
Aydın Mirzəzadə ATƏT-in Bakı ofisini qınadı

“Olmayan müddəanı qanunda varmış kimi qələmə vermək yolverilməzdir”

“Hakimiyyət orqanları ATƏT-lə istənilən məsləhətləşmələri aparmağa hazırdır. Hətta bu gün kimlərisə qane etməsə belə, Azərbaycanda qanunun aliliyi qorunub saxlanılmalı və qanun olduğu kimi təfsir olunmalıdır. Olmayan müddəanı qanunda varmış kimi qələmə vermək yolverilməzdir.
Azərbaycanda kütləvi aksiyaların keçirilməsi haqqında qanun var və həmin qanunda bildirilir ki, yerli icra hakimiyyəti kütləvi aksiyaların keçirilməsi üçün müəyyən yerlər ayırmalıdır. Nə müxalifət, nə də ATƏT-in Bakı ofisi qanunu düzgün şərh edir”.

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə SalamNews-a müsahibəsində deyib.

YAP-çı deputat hicaba qoyulan qadağaya da münasibət bildirib. O Azərbaycanın dünyəvi dövlət olduğuna diqqət çəkərək bildirib ki, rəsmi idarələrdə dövlət tərəfindən qoyulmuş qaydalara riayət olunması vacibdir: “Orta məktəblər və digər təhsil ocaqları rəsmi yerlər sayıldığı üçün orada müvafiq forma geyilir, həmin forma ilə bağlı qərara hər bir azərbaycanlı riayət etməlidir”.

Anar İsaoğlu

7 May, 2011  17:44 Baxılıb: 1818

Bu bölmədə