Simsar.az | bizi özünüzə Simsar bilin
Almaniya atom enerjisindən imtina etdi

17 atom elektrik stansiyası ləğv ediləcək

Almaniya hökuməti atom enerjisindən mərhələli şəkildə imtina planı hazırlayıb.

APA-nın məlumatına görə, plana əsasən, istifadə müddəti bitmiş yeddi atom-elektrik stansiyası ləğv ediləcək. Mart ayında bu stansiyaların fəaliyyəti üç ay müddətinə dayandırılıb, lakin hökumət onları birdəfəlik ləğv etməyi düşünür. Bundan başqa hökumət nasazlıq səbəbindən fəaliyyəti 2009-cu ildə dayandırılan “Kryummel” atom-elektrik stansiyasını da bağlamağı planlaşdırır. Ölkənin qalan 9 atom-elektrik stansiyası isə üç mərhələdə bağlanacaq və paralel olaraq 9 qaz elektrik stansiyaları istifadəyə veriləcək. Konkret tarix açıqlanmasa da, 17 atom elektrik stansiyasının bütün reaktorlarının 2022-ci ildə dayandırılacağı gözlənilir.

7 May, 2011  17:20 Baxılıb: 1494

Bu bölmədə