Simsar.az | bizi özünüzə Simsar bilin
Müsavatçı həbsxanadan çıxa bilmədi

Hakim vəsatəti təmin etmədi

Mayın 6-da Səbayel Rayon Məhkəməsində Müsavat Gənclər Təşkilatının sədr müavini Rüfət Hacıbəylinin məhkəmə prosesi keçirilib.

Partiyanın mətbuat xidmətindən simsar.az-a verilən məlumata görə, məhkəmədə Rüfət Hacıbəylinin həbs cəzasının ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı müraciətinə baxılıb. Hakim müdafiə tərəfinin bu barədə qaldırdığı vəsatəti təmin etməyib. R.Hacıbəylinin vəkili qərardan apelyasiya şikayəti veriləcəyini bildirib. 

R.Hacıbəyli İctimai Palatanın aprelin 17-dəki mitinqində saxlanılaraq, 5 sutka həbs cəzası alıb. Daha sonra isə onun barəsində İP-in 2 aprel mitinqi ilə bağlı cinayət işi açılıb və haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ictimai qayda pozmağa səbəb olan hərəkətləri təşkil etmə və ya bu hərəkətlərdə iştirak etməkdə ittiham olunur.

7 May, 2011  16:16 Baxılıb: 1283

Bu bölmədə