Simsar.az | bizi özünüzə Simsar bilin
25 dollarlıq mini-kompüter

Böyük Britaniyada 25 dollar dəyərində miniatür kompüter yaradılıb

Simsar.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qurğunun tərtibatçısı “Frontier Developments” oyun studiyasının təsisçisi Devid Brebendir.


Devid Breben deyib ki, mini-kompüteri təhsil sistemində tətbiq etmək olar. Ucuz qiymətli qurğunun bu il ərzində kütləvi istehsala buraxılacağı gözlənilir.
700 meqahers takt tezlikli ARM11 prosessoru, 128 MB operativ yaddaş həcmi, eləcə də Linux bazasında əməliyyat sisteminin quraşdırılması üçün nəzərdə tutulan SD formatlı kart slotu ilə təchiz olunmuş mini-kompüter 1080p formatlı təsviri göstərmək və OpenGL ES 2.0 qrafikasını dəstəkləmək imkanına malikdir.


Aparatın funksionalını əlavə modullarla, məsələn, kamera ilə genişləndirmək də mümkündür Kompüterin iki portu var. HDMI çıxışı vasitəsilə monitor, USB vasitəsilə isə klaviatura qoşulur.

7 May, 2011  04:42 Baxılıb: 1257

Bu bölmədə