Simsar.az | bizi özünüzə Simsar bilin
Almaniya səfiri və xanımı Malakofauna muzeyində olub

Muzeyə yeni eksponatlar hədiyyə edilib 

Bu gün Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle “Rinay” Malakofauna Muzeyində olub. Bu barədə Simsar.az-a muzeyin direktoru Tofiq Karayev məlumat verib. Malakofauna sahəsində mütəxəsis olan səfirin həyat yoldaşı da muzeyin eksponatları ilə tanış olub. 

Direktor bildirib ki, qonaqlar muzeydəki eksonatları maraqla qarşılayıb və yüksək qiymətləndiriblər: “Səfirin xanımının Floridadan gətirdiyi kolleksiya muzeyin eksponatları sırasına əlavə olundu. Biz də qonaqlara muzeyin kolleksiyalarından bəzilərini hədiyyə etdik”.

T. Karayev bildirib ki, iyun ayında muzeyin eksponatları Berilndə sərgilənəcək. 

“Rinay” Malakofauna Muzeyi bütün qitələrdən, okean və dənizlərdən malyuskaların toplandığı dünyada yeganə muzeydir.

Arifə Mikayılova

6 May, 2011  22:57 Baxılıb: 1133

Bu bölmədə