Simsar.az | bizi özünüzə Simsar bilin
Xarici şirkət ARDNŞ-dən çox qazanır

UQE-LANSER. LTD 75, dövlət şirkəti isə 25 faiz paya malikdir 

Milli Məclis Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və UQE-LANSER. LTD arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini qəbul edib.

Simsar.az-ın məlumatına görə, layihədə xarici investorun 75 faiz, ARDNŞ-in isə 25 faiz paya sahib olduğu göstərilir. Müqaviləyə əsasən, 90 gün ərzində yataqlarda neft hasilatı 2009-cu ilin səviyyəsinə çatdırılmalıdır. Bu hal baş verməsə, ARDNŞ müqaviləni pozmaq hüququna sahibdir.



6 May, 2011  22:36 Baxılıb: 1094

Bu bölmədə