Simsar.az | bizi özünüzə Simsar bilin
Füzulidə Heydər Əliyevin xatirəsinə həsr olunan konsert

Rayonun icra başçısı çıxış edib

Bu gün Füzuli rayonunda Rayon İcra hakimiyyətinin təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş konsert proqramı təşkil olunub. 

Simsar.az-ın məlumatına görə, tədbirin açılışında rayon icra hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək H. Əliyevin fəaliyyətindən danışıb. Tədbir II Muğam Festivalının laureatı Aytən Məhərrəmovanın və Füzuli rayon Mədəniyyət Evinin özfəaliyyət dərnəyinin iştirakı ilə davam edib. 

6 May, 2011  22:00 Baxılıb: 2747

Bu bölmədə