Simsar.az | bizi özünüzə Simsar bilin
“Fəxri Xiyabandakı bolşevik qəbirləri köçürülsün”

Fazil Mustafa: “Tarixə bu cür sayğısızlıq olmaz”

Fəxri Xiyabanda basdırılan bolşevik qəbirlərinin baş daşları üzərindəki yazılar illərdir ki, müzakirə edilir. “Müsavat cəlladları tərəfindən vəhşicəsinə qətlə yetiriliblər” ifadəsinə əksər insanlar etiraz etsələr də hələ də o qəbirlər başqa yerə köçürülməyib. 

Simsar.az saytının məlumatına görə, Milli Məclisin bugünkü iclasında bu probləmə deputat Fazil Mustafa toxunub.

Deputat deyib ki, erməni təbliğatı işləsəydi, bu faktı götürüb dünyaya yayardılar: “Deyərdilər bu dövlət özünü 1918-20-ci illərin varisi hesab edir və həmin dövləti quranlar “müsavat cəlladları”dır. Dəfələrlə o qəbirlərin məsələsi qaldırılıb, amma heç nə dəyişməyib. Tarixə bu cür sayğısızlıq olmaz. Həmin qəbirlər başqa yerə köçürülməli və yazıları silinməlidir. O insanların hansı cəllad ola bilər? Onlar bu xalqın ən parlaq ziyalıları olublar. Burda parlamentdə oturan insanlar üçün dövlət qurub gediblər”.

Anar

6 May, 2011  21:40 Baxılıb: 1096

Bu bölmədə