Simsar.az | bizi özünüzə Simsar bilin
Bin Ladenə görə cihad

“O, ABŞ-a çağırış etdi və dünyadakı müsəlmanları oyatdı”

Bu gün Pakistanda yüzlərlə insan mayın 2-də gecə amerikalı hərbçilərin keçirdiyi xüsusi əməliyyat zamanı öldürülən “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenə həsr olunmuş aksiyaya qatılıb. “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, “Taliban” Hərəkatının ideyalarını dəstəkləyən Camiat-Ulema-e-İslam Partiyası tərəfindən təşkil olunan mitinq Pakistanın qərbindəki Kvetta şəhərində keçirilib. 

Aksiya iştirakçıları Üsamə bin Ladenin dəstəklənməsi, ABŞ-a qarşı müqəddəs müharibənin başlaması barədə şüarlar səsləndirib, ABŞ bayrağını yandırıblar. Camiat-Ulema-e-İslam Partiyasının liderlərindən biri deyib ki, müsəlmanlar həmişə Üsamə bin Ladenin xidmətlərini xatırlayacaqlar: “O, ABŞ-a çağırış etdi və dünyadakı müsəlmanları oyatdı”.

6 May, 2011  21:23 Baxılıb: 1107

Bu bölmədə