Simsar.az | bizi özünüzə Simsar bilin
Qazaxıstanda azərbaycanlı qadınlara abidə

Düşərgədə Azərbaycandan olan 49 qadın saxlanılıb

Qazaxıstandakı Azərbaycan diasporu Azərbaycanın repressiyaya məruz qalmış qadınlarının xatirəsinə Astana şəhərinin yaxınlığındakı Akmola qəsəbəsində memorial abidə ucaldıb. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Astana şəhəri “Xəzər” Mədəniyyət Mərkəzi ilə “Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzləri İttifaqı”nın təşəbbüsü ilə ucaldılan abidə ötən əsrin 30-40-cı illərində “Akmola siyasi repressiyalara məruz qalmış şəxslərin həyat yoldaşları düşərgəsi”nin (“Akmolinskiy laqerğ jen politiçeskix repressirovannıx” “Aljir”) yerləşdiyi ərazidə qoyulub. 
1936-1946-cı illərdə bu düşərgədə Azərbaycandan olan 49 qadın saxlanılıb. Onlardan əksəriyyəti elə həmin ərazidəki ümumi düşərgə məzarlığında dəfn olunub.

6 May, 2011  21:19 Baxılıb: 2234

Bu bölmədə