Simsar.az | bizi özünüzə Simsar bilin
“Bakcell” manat tarif sisteminə keçdi

Şirkətin baş icraçı direktoru Riçard Şirer: "Abunəçilər təklif etdiyimiz qiymətlərin ən sərfəli olduğuna bir daha əmin olacaqlar”

Azərbaycanın  “Bakcell” şirkəti bu gündən etibarən CİN abunəçilərinin kontur sistemindən manat tarif sisteminə keçdiyini elan edib.

Simsar.az-ın məlumatına görə, manat tarifi indiyədək şirkətin “Gold” və “Klass” abunəçiləri üçün tətbiq edilib, bundan sonra isə “Cin” abunəçiləri də bu sistemə qoşulacaq.

“Bakcell”in baş icraçı direktoru Riçard Şirer bu gün şirkətin ofisində keçirilən mətbuat konfransında bildirib ki, keçid prosesinin abunəçilər üçün rahat olması üçün ciddi tədbirlər görülüb: “Bakcell” abunəçiləri təklif etdiyimiz qiymətlərin Azərbaycan bazarında ən sərfəli olduğuna bir daha əmin olacaqlar”.

“Cin” abunəçiləri üçün tətbiq olunan paketlər barədə şirkətin baş kommersiya direktoru Krasimir Genov məlumat verib. Onun sözlərinə görə, şirkətin tarif siyasəti dəyişməyib - abunəçilərə əvvəlki kimi, “SevimliCin”, “QoşaCin” və “SevinCin” kimi sərfəli danışıq paketləri təqdim olunacaq.

5 May, 2011  19:28 Baxılıb: 1649

Bu bölmədə