Simsar.az | bizi özünüzə Simsar bilin
Prezidentin Muğan bölgəsinə səfəri başlayıb

İlham Əliyev Muğan bölgəsinə səfəri çərçivəsində mayın 5-də Sabirabad rayonuna gedib

Azərbaycan prezidenti İlham Əliyev Muğan bölgəsinə səfəri çərçivəsində mayın 5-də Sabirabad rayonuna gedib.

APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezidentə məlumat verilib ki, hazırda rayonda abadlıq və quruculuq işlərinin növbəti mərhələsinə başlanıb.

İlham Əliyev Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun 15 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etib. 

Dövlət başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verilib. Qeyd edildi ki, Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədi ilə rayonun 7 min 400 təsərrüfatını əhatə edən və 33 min 500 nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən 68 kilometrlik Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun əsaslı surətdə yenidən qurulması üçün dövlətimizin başçısının ötən ilin noyabrında imzaladığı Sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan maliyyə vəsaiti ayrılıb. Artıq bu yolun 15 kilometrlik Sabirabad-Qasımbəyli hissəsinin əsaslı bərpası və asfaltlanması işləri başa çatdırılmışdır. Hazırda yolun digər hissələrində yenidənqurma işləri davam etdirilir. Sabirabad rayonunun həyatında mühüm əhəmiyyətə malik olan bu yolun yenidən qurulması təbii fəlakətdən zərər çəkən əhalinin rahatlığını təmin etməyə və kəndlərarası avtomobil əlaqəsini daha da asanlaşdırmağa imkan verəcək. 

Prezident yolun açılışını bildirən lenti kəsib. İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.

5 May, 2011  17:35 Baxılıb: 1244

Bu bölmədə