Simsar.az | bizi özünüzə Simsar bilin
Ramil Usubov Hacıqabulda

Polis Şöbəsinə yeni bina verildi

Hacıqabul rayon Polis Şöbəsinin inzibati binasının açılışı olub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon İcra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Əsabir Məmmədov məlumat verib. Bu gün Hacıqabul rayon Polis Şöbəsinin 3 mərtəbəli, müasir avadanlıqlarla təchiz olunmuş yeni inzibati binası istifadəyə verilib. Açılış mərasimində daxili işlər naziri Ramil Usubov, Hacıqabul rayon Polis Şöbəsinin şəxsi heyəti, rayon İcra hakimiyyətinin başçısı Əhməd Muxtarov iştirak edib.

5 May, 2011  17:11 Baxılıb: 1208

Bu bölmədə