Simsar.az | bizi özünüzə Simsar bilin
Barak Obama şübhələri artırdı

ABŞ prezidenti “Bin Laden öldürülməyib” deyənlərin arqumentlərini bir qədər də möhkəmləndirdi 

“ƏL-Qaidə” terror təşkilatının lideri Bin Ladenin öldürülməsi xəbəri ən mötəbər siyasətçilər tərəfindən təsdiqlənsə də, bir nömrəli terrorçunun məhvini sübut edən yetərli fakt yoxdur.

Dünya mətbuatı hələ də Bin Ladenin cəsədinin görüntülərini əldə edə bilməyib.

Simsar.az-ın məlumatına görə, Obama “CBS” televiziyasındakı 60 dəqiqəlik çıxışında Bin Ladenin cəsədinin fotoşəkillərinin yayımlanmamasına qərar verdiyini bildirib. O, Pakistanda keçirilən əməliyyat nəticəsində öldürülən Bin Ladenin fotoşəkillərin yayımlanmasını rədd etdiyini deyib: “Öldürülən terrorçunun cəsədi elə gündədir ki, bu görüntüləri insanlar görsə psixi sarsıntı keçirər. Ona görə də belə qərara gəldi ki, heç bir görüntü yayılmasın” .

Bununla da ABŞ prezidenti “Bin Laden öldürülməyib” deyənlərin arqumentlərini bir qədər də möhkəmləndirdi.

Anar

5 May, 2011  16:34 Baxılıb: 1129

Bu bölmədə