Simsar.az | bizi özünüzə Simsar bilin
Fransa "erməni soyqrımı"na yox dedi

Parisdə ermənilər pərt vəziyyətə düşdü

Simsar.az "Le Monde"yə istinadən bildirir ki, Fransa Senatı qondarma "erməni soyqırımı"nın inkarının cinayət sayılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməyib.
Fransa parlamentinin yuxarı palatasındakı müzakirələr zamanı senatorların bir çoxu bildirib ki, bu qanun layihəsi ölkədə fikir və söz azadlığı hüquqlarını məhdudlaşdırır.

Müzakirələr zamanı Senatın binasının qarşısında Fransadakı ermənilərin icma təşkilatları qanun layihəsinə dəstək aksiyası keçirirdilər.

Fransadakı erməni icma təşkilatları "Senatın qərarından dərin təəssüf hissi keçirdiklərini və mübarizəni davam etdirəcəklərini" bəyan ediblər.

5 May, 2011  04:13 Baxılıb: 1120

Bu bölmədə