İnternet ABŞ-ın üçüncü ən böyük xəbər mənbəyidir
İnternet saytlarından alınan xəbərlərin obyektivliyi və qərəzsiz olduğu önə çəkilib 1 mart 2010-cu il tarixdə ABŞ-da aparılan geniş miqyaslı sorğunun nəticəsi elan olundu . “Pew Research Center’s Internet & American Life Project” və “Project for Excellence in Journalism” proyekti üzrə aparılan sorgü ABŞ sakimlərinin gündəlik xəbərləri haradan əldə etmələri barədə olub. Çox geniş miqyaslda aparılan bu tədqiqatların nəticəsinə görə internet saytlarından mütamadi xəbərləri əldə edən ABŞ vətəndaşlarının sayı sürətlə artıb. İnternetin boyük inkisafına baxmayaraq səsverənlərin çoxu xəbərləri televizyadan əldə etdiklərini bildirirlər. Sorğuda iştirak edənlərin 78%-zi məhz televizora üstünlük verib. İnternet saytlarından alınan xəbərlərin obyektivliyi və qərəzsiz olduğu önə çəkilib. Beləliklə internetdə daha azad və açıq fikirlili xəbərlərə üstünlük verən amerikanlıların sayı artmaqdadır. Hesabatda ən popular xəbər saytlarının adıları da yerini tapıb. Bunlar Google News, AOL və Topix. Bundan başqa ABŞ əhalisi tanınmış telekanalların, qəzet və jurnalların saytlarını da izəyirlər.
4 May, 2011 23:45 ⁄ Baxılıb: 1300
Bu bölmədə7 Avqust, 2019 Yaponiyada sərnişin dronu sınaqdan keçirildi26 Oktyabr, 2016 “Windows” Azərbaycan istifadəçilərinin problemini həll etdi3 Mart, 2015 Apple Micrasoftu üstələdi - FOTO26 Fevral, 2015 1 Gb sürətli kanal yaradılır - Azərbaycanda |