Simsar.az | bizi özünüzə Simsar bilin
«Parlament Müxalifəti Qrupu»nun ilk bəyanatı

Yeni qurum islahat və dialoq istəyir

Yeni yaradılan “Parlament Müxalifəti Qrupu” bəyanat qəbul edib. 
Bəyanatda qeyd olunur ki, qrupa daxil olan partiyalar mövcud ictimai-siyasi şəraiti nəzərə alaraq hakimiyyətdən aşağıdakı islahatları tələb edir: “Vətəndaşların sərbəst toplaşma azadlığı təmin edilsin, iqtisadi və siyasi islahatlar aparılsın, ictimai fəalların müxtəlif bəhanələrlə həbs edilməsi ənənəsinə son qoyulsun”.

Bəyanat müəllifləri qarşıdurma və ictimai gərginliyin artmasında hakimiyyətin də məsuliyyət daşıdıрınə nəzərə alaraq, iqtisadi-siyasi islahatların həyata keçirilməsi üçün qarşılıqlı dialoqun və fikir müxtəlifliyinin dəyirmi masada çözülməsinin vacibliyini vurğulayıblar.

Vətəndaş Həmrəyliyi Patiyasının qərargahında parlamentdə təmsil olunan partiyalar “Parlament Müxalifəti Qrupu” yaratdıqlarını bəyan ediblər.



4 May, 2011  22:52 Baxılıb: 1127

Bu bölmədə