Simsar.az | bizi özünüzə Simsar bilin
Rayonlara qaz verilişi dayandırılır

“Yevlax-Balakən” magistral kəmərində təmir işləri aparılır

“Yevlax-Balakən” magistral qaz kəmərində cari təmir işlərinin aparılması ilə əlaqədar 5 aprel saat 10:00-dan 18:00-dək təbii qazın nəqli dayandırılacaq. 

Simsar.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin müddətdə Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilişində məhdudiyyətlər olacaq.

4 May, 2011  22:15 Baxılıb: 1287

Bu bölmədə