Simsar.az | bizi özünüzə Simsar bilin
Medvedevin generallara açdığı savaş qızışır

Rusiya prezidenti daha 5 generalı istefaya göndərdi

Simsar.az Kremlin rəsmi saytına istinadən verdiyi məlumata görə, son dövrdə saysız-hesabsız generalı postundan kənarlaşdırılmış Medvedev Daxili İşlər Nazirliyinin daha 5 generalını işdən çıxarıb. Onların arasında Altay vilayəti Dövlət Daxili İşlər İdarəsi rəisinin müavini Viktor Baranov, Kalininqrad vilayəti Daxili İşlər İdarəsinin rəisi Sergey Kiriçenko, DİN-nin Şimal-Qərb federal dairəsi üzrə Baş İdarə rəisinin müavini Sergey Panfilov və digərləri var.
Xatırladaq ki, Medvedev son olaraq aprelin 30-da DİN-in 3 generalını vəzifədən kənarlaşdırmışdı.

4 May, 2011  19:42 Baxılıb: 1188

Bu bölmədə