Simsar.az | bizi özünüzə Simsar bilin
Xəzərdəki Rusiya donanması köhnəlib

Rusiya baş nazirinin müavini: " “Çay-dəniz” tipli gəmilər 30 ildən artıqdır ki istifadədədir"

“Rusiyanın Xəzər dənizindəki donanması mənəvi və fiziki baxımdan köhnəlib”.

Simsar.az -ın məlumatına görə, bu fikirləri Həştərxanda keçirilən kollegiya iclasında Rusiya baş nazirinin müavini Sergey İvanov söyləyib. Onun sözlərinə görə, regionda qeydiyyatda olan 148 gəminin böyük əksəriyyəti “çay-dəniz” tipli gəmilərdir və 30 ildən artıqdır ki istifadədədir: “Ümumilikdə Xəzər donanmasını aztonnajlı, mənəvi və fiziki baxımdan köhnəlmiş, rəqabətə davamlı olmayan donanma kimi xarakterizə etmək olar”.

4 May, 2011  18:42 Baxılıb: 1052

Bu bölmədə