Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident Serbiyaya gedəcək

Razılaşdırma Elmar Məmmədyarovun Serbiyaya səfəri zamanı müəyyənləşib

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 8-9-da baş tutacaq səfərlə bağlı məsələlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Serbiyaya səfəri zamanı onun bu ölkənin xarici işlər naziri Vuk Yeremiçlə görüşündə müzakirə olunub. 

Görüşdə iki ölkə arasında bütün istiqamətlərdə hərtərəfli əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edilib, Azərbaycan prezidentinin cari ilin 8-9 iyun tarixlərində Serbiyaya nəzərdə tutulan səfəri və səfər zamanı müqavilə-hüquq bazasının genişləndirilməsi, iqtisadi, ticarət, turizm və mədəniyyət sahəsində, eləcə də XİN-lər arasında, beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

4 May, 2011  17:45 Baxılıb: 1140

Bu bölmədə