MTN VİRTUAL MƏKANDAKI VƏZİYYƏTDƏN NARAHATDIR
“Son zamanlar virtual məkanda qanunların pozulması halları daha çox müşahidə olunmaqdadır” “İnternetdə Azərbaycan haqqında yalan informasiyaların yayılması narahatlıq doğurur.” Simsar.az -ın məlumatına görə, bu fikirləri Bakıda keçirilən “Kiber və milli təhlükəsizlik. NATO-nun siyasəti və milli baxış” mövzusunda konfransda çıxışı zamanı Milli Təhlükəsizlik Nazirliyinin departament rəhbəri Kərim Kərimov deyib. Konfransda “Kiber təhlükələr və kibercinayətkarlıq üzərində nəzarət” mövzusunda məruzə edən departament rəhbəri virtual məkanda daha çox rast gəlinən qanun pozuntularının təsnifatını verib: “Son zamanlar virtual məkanda qanunların pozulması halları daha çox müşahidə olunmaqdadır. Bunlar təhlükəli proqramlar, DOS-hücumların təşkili, bank fırıldaqlarına dair cinayətlər, əsasən, qanunsuz elektron pul köçürmələri, internetdə dezinformasiyanın yayılması, pornoqrafik materialların yayımlanması, terrorçulara silahlanmasına dəstək məqsədilə saytların yaradılması və s. cinayətlərdir”.
4 May, 2011 17:25 ⁄ Baxılıb: 1600
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |