Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev Belarus DTK-nın sədrini qəbul edib

Prezident mayın 3-də Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vadim Zaytsevi qəbul edib

Simsar.az-ın AzərTAc-a istinadən məlumatına görə, Vadim Zaytsev Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlət başçısına çatdırıb. 

Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın önəmi qeyd olunub, təhlükəsizlik sahəsində əlaqələri genişləndirməyin zəruriliyi bildirilib.

Dövlət başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş edib.

4 May, 2011  00:24 Baxılıb: 1104

Bu bölmədə