Simsar.az | bizi özünüzə Simsar bilin
“Müxalifətdə dəyərlər alt-üst olub, itib-batıb”

Fazil Mustafa: “Normal ölkələrdə siyasi partiyalarla dövlət rəhbərliyi arasında tez-tez görüşlər keçirilir, müxalifətin fikri dinlənilir”

“Bizim təklif etdiyimiz qanun layihəsində parlamentə daxil olan, eləcə də parlamentdən kənar, seçkilərdə iştirak edib yer ala bilməyən partiyaların maliyyələşməsi nəzərdə tutulur. Elə bir mexanizm nəzərdə tutulur ki, partiyaların xarici ölkə ilə əlaqədə ittiham olunması gündəmdən çıxsın”.  

Bunu Böyük Quruluş Partiyasının (BQP) sdəri, millət vəkili Fazil Mustafa Lent.az-a müsahibəsində siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsilə bağlı məsələyə aydınlıq gətirərkən bildirib.

BQP sədri bildirib ki, bu gün Azərbaycan müxalifətinin özündə də dəyərlər alt-üst olub, itib-batıb: “Təklif etdik ki, sonuncu parlament seçkilərində müəyyən miqdarda, məsələn, 20-30 min səs toplamış partiyaların maliyyələşmə subyekti kimi tanınması zəruri sayılsın. Normal ölkələrdə siyasi partiyalarla dövlət rəhbərliyi arasında tez-tez görüşlər keçirilir, müxalifətin fikri dinlənilir”.

“Dövlət büdcəsindən maliyyələşmə partiyaların mövqeyini dəyişməyə vadar etməyəcək ki” sualına cavab olaraq bildirib ki, bu, ona gətirib çıxarmayacaq: “Təkliflərin əsas mahiyyəti odur ki, əvvəl-axır partiyalar seçki yolu ilə bir-birini əvəzləsin. Təklif hazırlayarkən biz bir sıra ölkələrin müvafiq təcrübəsini öyrəndik. Bu sırada İtaliya, Almaniya, Finlandiya və s. ölkələrin adını çəkə bilərəm. Eyni zamanda ATƏT-in tövsiyələrindən də istifadə olundu”.

3 May, 2011  22:58 Baxılıb: 1129

Bu bölmədə