Simsar.az | bizi özünüzə Simsar bilin
Turizmdən 1 mllyard dollarlıq gəlir

Firudin Qurbanov: "Turistlərin ayrı-ayrı ölkələrdə xərclədiyi vəsaitin həcmi ölkədən asılı olaraq fərqlənir"

Bu il Azərbaycanın turizm sahəsində ötənilki artım tendensiyası davam edəcək və turistlərin axınından təxminən 900 mln. – 1 mlrd. ABŞ dolları həcmində gəlir əldə olunacağı gözlənilir.

Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanovun «APA-ECONOMICS»ə verdiyi məlumata görə, 2010-cu ildə Azərbaycana gələn turistlərin sayı 1,5 mln. nəfər olub, turizm sahəsinin artım tempi isə 7-8% təşkil edib: «Bu il ərzində də analoji tendensiyanın müşahidə olunacağı proqnozlaşdırılır. Ümumiyyətlə, Ümumdünya Turizm Təşkilatının hesabalamalarına görə, Azərbaycana gələn hər turist orta hesabla 600-700 dollar xərcləyir və bunu 1,5 milyona vurduqda turist axınından nə qədər gəlir əldə olunacağını hesablamaq olar».

F.Qurbanov onu da bildirib ki, turistlərin ayrı-ayrı ölkələrdə xərclədiyi vəsaitin həcmi ölkədən asılı olaraq fərqlənir: «Məsələn, ABŞ-a gələn hər turist orta hesabla 1 050 dollar xərcləyir».

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, hazırda dünyada turistlərin sayı 1 mlrd., turizm sahəsindən əldə olunan gəlirlərin həcmi isə 1 trln-a yaxınlaşmaq üzrədir: «Proqnozlara əsasən, yaxın 10 il ərzində dünyada turistlərin sayı 1,6 mlrd. nəfərə çatacaq».

3 May, 2011  22:27 Baxılıb: 1320

Bu bölmədə