Simsar.az | bizi özünüzə Simsar bilin
Obamanın gizlin danışıqları açıqlandı

 "Ceronimonu öldürdük"...  "Hədəfə yetişdilər"

Pakistanda həyata keçirilən əməliyyat zamanı öldürülən Üsamə bin Ladenin cəsədinin Hind Okeanına atıldığı məlum olub. Bu barədə "Nyu-York Tayms" qzəeti yazıb. Qəzetin xəbərinə görə, ABŞ rəsmiləri bin Ladenə "Ceronimo" kod adı veriblərmiş. Əməliyyatı Ağ Evdəki əməliyyat otağında izləyən ABŞ prezidenti Barak Obama və MKİ rəhbəri Leon E.Panettanın arasında belə dialoq qeydə alınıb: 


Panetta: "Hədəfə yetişdilər. "Geronimo" göründü. Düşman öldürüldü".

(Ağ Evdəki kabinetdə səssizlik hökm sürür və ardından Obama deyir: "Onu öldürdük".

Həmin vaxt Obamanın yanında vitse-prezident Co Bayden, müdafiə naziri Robert Geyts və dövlət katibi Hillari Klinton olub. Onların əmri il bin Ladenin cəsədi Hind okeanındakı "Karl Vinson" gəmisinə götürülüb.

Yetkililerin ifadesinə görə, bin Laden üçün İslami qaydalara uyğun olaraq mərasim təşkil edilib və "əl Kaidə" liderinin cəsədi yuyulduqdan sonra ağ kəfənə bükülüb və cəsədə ağırlıq əlavə edilərək dənizə buraxılıb.

Pentagon yetkilileri bin Ladenin "dəfn" görüntülərinin yaxında ictimaiyyətə təqdim edilə biləcəyini bildiriblər. "Assoşieyted press" agentliyiniə danışan bir rəsmi şəxs deyib ki, yaxın zamanlarda cəsədin dənizə atılmasını görüntüləyən fotoşəkillər də mediaya verilə bilər.

3 May, 2011  20:23 Baxılıb: 1271

Bu bölmədə