Simsar.az | bizi özünüzə Simsar bilin
Yeni vaxt etalonu harda quraşdırılacaq

Ramiz Həsənov: "Etalon şəhərin elə bir yerində quraşdırılacaq ki, istənilən yerdən  görmək mümkün olsun"

Azərbaycanın bu yaxınlarda aldığı vaxt etalonu bir ay ərzində Bakının mərkəzində quraşdırılacaq.

«APA-ECONOMICS»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

R.Həsənovun sözlərinə görə, həmin etalon şəhərin elə bir yerində quraşdırılacaq ki, istənilən yerdən həmin etalonu görmək mümkün olsun: «Hazırda vaxtın ötürülməsinə şərait yaradan cihazların alınması istiqamətində işlər görülür. Cihazların alınıb quraşdırılması təxminən bir ay vaxt aparacaq».

Komitə sədrinin fikrincə, vaxt etalonu Dənizkənarı Milli Parkda quraşdırıla bilər: «Düşünürəm ki, həmin parkda olan əvvəlki saat göstəricisinin yanında yeni etalonun stendi qurulacaq».

3 May, 2011  19:42 Baxılıb: 1318

Bu bölmədə