Simsar.az | bizi özünüzə Simsar bilin
Avropa Parlamentinin prezidenti gəlir

Eji Buzek iki həftədən sonra Azərbaycana səfər  edəcək

APA-nın məlumatına görə, Eji Buzek bunu EURONEST Parlament Assambleyasının ilk iclasında çıxışı zamanı deyib. O bildirib ki, səfərdə məqsəd Avropa Parlamentinin Cənubi Qafqaz ölkələrinə diqqət ayırdığını nümayiş etdirməkdir. Eji Buzek Azərbaycan, Ermənistan və Gürcüstana səfəri zamanı Avropa İttifaqının bu ölkələrlə parlamentlər səviyyəsində, həm də EURONEST çərçivəsində ikitərəfli münasibətlərini inkişaf etdirmək, münaqişələrlə bağlı müzakirələr aparmaq niyyətindədir.

3 May, 2011  19:37 Baxılıb: 1124

Bu bölmədə