Simsar.az | bizi özünüzə Simsar bilin
Metyu Brayza Azərbaycanı təriflədi

“Azərbaycanın bölgələrində sosial və iqtisadi baxımdan canlanma hiss olunur”

APA-nın məlumatına görə, Metyu Brayza ABŞ Sülh Korpusunun Şəkidəki fəaliyyəti ilə tanış olub. Daha sonra rayon İcra Hakimiyyətinə (İH) gedən səfir İH rəhbərliyi ilə sosial-iqtisadi əməkdaşlıq barədə müzakirələr aparıb. Metyu Brayza Şəkidə həyata keçirilən, beynəlxalq təşkilatlar və ABŞ tərəfindən dəstəklənən layihələrlə tanış olub.

Jurnalistlərə açıqlamasında diplomat Azərbaycanın bölgələrində son zamanlar sosial və iqtisadi baxımdan canlanma hiss olunduğunu deyib: “Həm beynəlxalq təşkilatların, həm də Azərbaycanın rəsmi qurumlarının müştərək səyləri ilə insanlar üçün yaxşı imkanlar yaranıb”.

Metyu Brayza bu gün Şəkidən Mingəçevirə gedəcək.

3 May, 2011  19:34 Baxılıb: 1082

Bu bölmədə