Simsar.az | bizi özünüzə Simsar bilin
Yaponiyadan qorxulu xəbər

Yaponiyada qəzalı atom elektrik stansiyaları (AES) sırasına yenisi də qoşulub

Simsar.az-ın KYODO agentliyinə istinadən verdiyi məlumata görə, Yaponiyanın qərbindəki Fukui əyalətində yerləşən “Tsuruqa” AES-in ikinci enerji blokunda radiasiyasının səviyyəsi yüksəlib. 

Mütəxəssislər bunu radioaktiv yanacağın sızmasının nəticəsi sayırlar.

Qeyd edək ki, martın 11-də Yaponiyada baş verən dağıdıcı zəlzələ və sunami nəticəsində “Fukusima-1” AES qəzalı vəziyyətə düşüb, təhlükəli dərəcədə radiasiya sızması baş verib. Vəziyyəti yalnız 49 gündən sonra stabilləşdirmək mümkün olub. “Tsuruqa” AES-dəki təhlükəli durum yaponlar üçün növbəti ciddi təhlükə sayılır.

3 May, 2011  02:27 Baxılıb: 1178

Bu bölmədə