Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan və Litva prezidentlərinin təkbətək görüşü olub

Görüşdə iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyi bildirilib

Mayın 2-də Azərbaycan prezidenti İlham Əliyev və Litva prezidenti Dalya Qribauskayte arasında təkbətək görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyi bildirilib.

Dövlət başçıları yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu qeyd ediblər.

Görüşdə münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Prezidentlər ikitərəfli, regional və beynəlxalq məsələlərə dair də fikir mübadiləsi aparıblar.

2 May, 2011  23:03 Baxılıb: 1153

Bu bölmədə