Simsar.az | bizi özünüzə Simsar bilin
Müxalifətə "mitinq edək" təklifini kim verir?

Pənah Hüseyn: "bu məsələ hakimiyyətin özünə də maraqlıdır"

“Koordinasiya Şurasının iclaslarında mitinq təklifinin kim tərəfindən verilməsi hamını maraqlandırır.

Konkret olaraq, 29 aprel sessiyasında Koordinasiya Şurasının adından kütləvi aksiyalar barədə qəbul edilmiş qərarın mətnini mən yazmışam”.

Bunu Lent.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının lideri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü, sabiq millət vəkili Pənah Hüseyn bildirib.

Onun sözlərinə görə, son dövrlər istintaqa çağırılan müxalifət nümayəndələrinə də ən çox ünvanlanan sualın bu olması onu göstərir ki, bu məsələ hakimiyyətin özünə də maraqlıdır. “İstintaqa dəvət edilənlərə verilən əsas sual budur: mitinqlərlə bağlı qərarı kim verir, bu qərar haradan çıxır? 29 apreldə mitinqlərin davam etdirilməsi ilə bağlı təqdim etdiyim layihə isə hər yerdə çap olunub və həmin mətnlə hər kəs tanışdı”.

P.Hüseyn onu da vurğulayıb ki, burada söhbət hər hansı mitinq qərarının verilməsindən getmir. Söhbət, sadəcə, aprelin 29-da İctimai Palatanın sessiyasına təqdim olunan layihənin mətnindən gedir.

2 May, 2011  21:52 Baxılıb: 1152

Bu bölmədə